USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maşın bazarında qiymətlər qalxır?

07.06.2018 İqtisadiyyat
0 0
May ayı ərzində ənənəvi avtomobil bazarında satışlarda, eləcə də onlayn avtomobil satışlarında durğunluq müşahidə olub və bu vəziyyət hazırda da davam edir. Bu barədə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Ekspert maşın bazarındakı durğunluğu yay fəslinin gəlməsi, Ramazan ayı və digər amillərlə əlaqələndirib: "Yeni taksi şirkətləri yarandıqca ucuz avtomobillərə ehtiyac çox idi, lakin indi bu bazar da dolub. Bu da öz növbəsində, durğunluğa təsir edir". Onun sözlərinə görə, yaxın aylarda da durğunluğun davam etməsi gözlənilir.

V.Hüseynov bildirib ki, maşın bazarında durğunluğun olmasına baxmayaraq, qiymətlərdə azalma müşahidə olunmayıb, əksinə, bəzi avtomobillərin qiymətində bir qədər artım var:

"Avtomobil bazarında əsas söz sahibi "maşın alverçiləri"dir. Onlar üçün də avtomobilin qiymətini aşağı salmaq əlverişli deyil. Düşünürlər ki, "ucuz satmaqdansa, gözləyim". Ona görə də bazarda qiymətlər enmir". (Trend)

  • Əvvəlki

    Avronu bahalaşdıran xəbər

Digər xəbərlər

21.02.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Türkiyə lirəsi dəyər itirir
0 0
20.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
19.02.2024 İqtisadiyyat
Mikayıl Cabbarovdan yeni - TƏYİNAT
0 0
19.02.2024 İqtisadiyyat
Bələdiyyələrin gəlirləri açıqlandı
0 0