Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

3 Sentyabr 18:55 Birja
05 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50101370S

Hərraca çıxarılan həcm

300 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün

Ödəmə tarixi

03.10.2018

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

  • Əvvəlki

    Gələcəyin ən yaxşı və ən pis peşələri

Digər xəbərlər

22 Sentyabr 09:37 Birja
Rubl yenə bahalaşır - MƏZƏNNƏ
0 0
22 Sentyabr 09:29 Birja
Bitcoin 200 dollar bahalaşıb
0 0
22 Sentyabr 09:23 Birja
Qızıl 10 dollar ucuzlaşdı - SON QİYMƏT
0 0
21 Sentyabr 09:56 Birja
Qızıl bahalaşıb - QİYMƏT
0 0
21 Sentyabr 09:51 Birja
Lirə dollara qarşı bahalaşdı
0 0