MBNP və AİB maliyyə istiqamətində təhlil aparır

4 İyun 17:06 Maliyyə
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) qurumun əsas icraçısı olduğu “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” (Yol Xəritələri), eləcə də digər icraçısı olduğu strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

"Kommersant"ın MBNP-ya istinadən verdiyi xəbərə görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı mövcud vəziyyət müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən may ayı ərzində görülmüş işlər, həmçinin iyun ayında nəzərdə tutulan tədbirlər barədə geniş məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda may ayı ərzində maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlər müzakirə olunub. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı bildirilib ki, hazırda maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində Palatanın və Asiya İnkişaf Bankının mütəxəssisləri tərəfindən faktorinq alətinin tətbiqi yolları təhlil edilir.

Yekunda Baş icraçı direktor Palatanın daxili əməliyyat planına uyğun olaraq may ayı üzrə nəzərdə tutulmuş işlərin tam icrasına nail olunduğunu bildirərək növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verib.

  • Əvvəlki

    Putin, "ABŞ və Qərb ölkələrinə qarşı sanksiya" qanununu təsdiq edib

Digər xəbərlər

16 Avqust 12:45 Maliyyə
Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ
0 0
16 Avqust 09:16 Maliyyə
Dolların bu günə olan məzənnəsi
0 0
15 Avqust 11:53 Maliyyə
Klinikalar bu yolla "pul yeyiblər"
0 0
15 Avqust 09:31 Maliyyə
Fond kreditorlarına müraciət edib
0 0