USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Parlamenti “İrana qarşı daha çox sanksiya” qətnaməsini təsdiqləyib

25.04.2024 Siyasət
0 0
Avropa Parlamentində (AP) İranın İsrailə hücumu pislənərkən, İran təşkilatlarına qarşı daha çox sanksiyaların tətbiqi ilə bağlı qətnamə 20 səs əleyhinə 357 səslə qəbul edilib.

İranın aprelin 13-də İsrailə qarşı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu dünya gündəmini zəbt etməkdə davam edir. Avropa Parlamenti (AP) bu gün İranın həyata keçirdiyi hücumu pisləyən və əlavə sanksiyalar tətbiq edən qətnaməyə səs verib.

Parlamentdə bu gün keçirilən səsvermədə 357 deputat lehinə, 20 üzvü əleyhinə, 58 üzv isə bitərəf olmaqla qərar qəbul edilib. Səsvermədən sonra qərarla bağlı AP-nin verdiyi açıqlamada “Parlament İranın 13 və 14 aprel tarixlərində həyata keçirdiyi hücumları pisləyərək, regional təhlükəsizliyi təhdid edən bu hücumlardan ciddi narahatlığını ifadə edir. İsrailin və onun vətəndaşlarının təhlükəsizliyinə tam dəstəyini təkrarlayan üzvlər, İranın hücumundan əvvəl və İranın Livandakı müvəkkilləri, Hizbullah və Yəməndəki Husi üsyançıları tərəfindən Qalon Təpələri və İsrail ərazisinə eyni vaxtda raket atışını pisləyiblər” deyilir.

İHA-da yer alan xəbərə görə, bəyanatda aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğuna edilən hücumdan kədərləndikləri və İsrailə aid edildiyi ifadə edilərək, “Qərar diplomatik toxunulmazlığa əsaslanır. Bu, bizə prinsipin vacibliyini xatırladır", - deyə söylənib.

İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsinə çağırış

Bəyanatda regionda gərginliyin azaldılmasına çağırış edilib və “Parlament İran rejiminin və onun Yaxın Şərqdə qeyri-dövlət aktorlar şəbəkəsinin oynadığı sabitliyi pozan roldan dərin narahatlığını ifadə edir. Avropa Parlamentinin deputatları Aİ-nin İrana qarşı mövcud sanksiyalar planını, o cümlədən bu ölkənin Rusiyaya və daha geniş Yaxın Şərqə İHA və raketlərin tədarükü və istehsalına qarşı sanksiyaları genişləndirmək qərarını alqışlayırlar. Bu sanksiyaların dərhal həyata keçirilməsini tələb edən üzvlər daha çox fərd və təşkilatların hədəfə alınmasını tələb edirlər” deyilib.