"Qeyri-sabit hava şəraiti davam edəcək" - XƏBƏRDARLIQ

11 Avqust 13:21 Sosial
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, avqustun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.