Nazirlik tender elan edir

12 Oktyabr 16:02 Tender
Gənclər Və idman Nazirliyi açıq tenderə dəvət edir.

"Kommersant.az" tender şərtlərini təqdim edir:

lot 1 - Sosial müdafiəyə ehtiyacı olan gənclər üçün Yeni il şənliyinin keçirilməsi işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Olimpiya 4 (Əlaqələndirici şəxs :Qurbanzadə Fərid Vidadi oğlu, telefon :(012) 465-21-55; Faks:(012) 465-64-38) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat

Hesab: AZ50CTRE00000000000002147771
VÖEN 1401555071
Bank: Dövlət Xəzinədarlığı AgentliyiÂ
Kodu: 210005
VÖEN: 1500171121
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Digər sənədlər: İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; -iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; -iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; - təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır); - təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır); -son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-20 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-27 18:00qədər Bakı, Olimpiya 4 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-11-28 10:00 tarixində 28 noyabr 2018-ci il saat 10.00-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində açılacaqdır. ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

  • Əvvəlki

    Ən çox yüklənən - TƏTBİQLƏR

Digər xəbərlər

19 Oktyabr 15:03 Tender
Neft Fondu tender elan edir
0 0
19 Oktyabr 11:41 Tender
"BakuBus"dan 500 manatlıq - TENDER ELANI
0 0
18 Oktyabr 17:54 Tender
500 manata - TENDER ELANI
0 0
8 Oktyabr 19:12 Tender
"ASAN xidmət" - TENDER ELANI
0 0
6 Oktyabr 10:43 Tender
AZAL tender elan edir
0 0