"AFB Bank" işçi axtarır - VAKANSİYA

5 İyun 19:37 Vakansiya
"AFB Bank" Kreditlərin təhlili departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
• Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi;
• Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər;
• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlər və qaydalar barədə biliklər;
• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
• Müxtəlif biznes sahələrinin və bazar vəziyyətinin təhlili üzrə biliklər;
• Analitik düşünmə bacarığı və detallara diqqətli ola bilmək qabiliyyəti;
• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;

İŞİN TƏSVİRİ:

• Struktur vahidin işini qurmaq, idarə etmək və əməkdaşların işinə nəzarət etmək;
• Kredit müraciətlərinin vaxtında təhlil və icra olunmasını təmin etmək;
• Filial tərəfindən aparılmış kredit analizi və maliyyə təhlilinin keyfiyyətini yoxlamaq və təkrar analiz edərək rəy bildirmək;
• İri kreditlərin qiymətləndirilməsi və monitorinqlərdə iştirak etmək;
• Kredit məhsullarının yaradılmasında iştirak etmək;
• Kredit reytinq və skorinq sistemlərinin qurulmasında iştirak etmək;
• Daşınar və daşınmaz əmlak bazarını daima araşdırmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili departamentinin direktoru” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsini xahiş edirik.

  • Əvvəlki

    "Nikoil Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

9 Noyabr 19:13 Vakansiya
Kargüzar axtarılır - VAKANSİYA
0 0
8 Noyabr 19:58 Vakansiya
Şirkət sürücü axtarır - VAKANSİYA
0 1
8 Noyabr 19:13 Vakansiya
450 manata kuryer axtarılır - VAKANSİYA
0 0
7 Noyabr 19:33 Vakansiya
Dizayner tələb olunur - VAKANSİYA
0 0
7 Noyabr 19:13 Vakansiya
"AccessBank" işçi axtarır - VAKANSİYA
0 0
7 Noyabr 13:40 Vakansiya
Agentlik işçi axtarır
0 0
6 Noyabr 19:58 Vakansiya
500 manata həkim axtarılır - VAKANSİYA
0 0