USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ParaBokt" işçi axtarır - VAKANSİYA

16.03.2021 Vakansiya
0 1
ParaBokt Salyan Filialı üçün Filial müdiri axtarılır.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Bank vəya maliyy təşkilatları sektorunda azı 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Cins: Kişi

Əsas vəzifə və öhdəliklər:

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
• Yeni kredit vəsatış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi

Əmək haqqı 500-1000 AZN və əlavə olaraq əmək haqqının iki misli qədər motivasiya

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq. CV-də şəkilin olması mütləqdir.

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Filial müdiri-Salyan” başlığı ilə [email protected] [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.

  • Əvvəlki

    Milli Məclisdə Baş nazir Əli Əsədov illik hesabat verir - CANLI YAYIM

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0