Maşın ustaları üçün - İŞ VAR

01.09.2018 Vakansiya
Sirena Motors Mühərrik ustası mütəxəssisi üzrə vakansiya elan edir.

Şirkətimiz 2013-cü ildən fəaliyyət göstərir. Çin avtomobillərinin (Changan, Baic, Gac) satışı ilə məşğuldur.

Namizədə tələblər:

- Mühərrikin quruluş sxemlərini oxumağı və mühərrikin iş prinsipini bilməli
- Mühərrik detallarının funksiyalarini bilməli
- Ehtiyat hissələri kataloqundan istifadə etməlyi bacarmalı
- Nasazlığın səbəbini aşkar etməyi bacarmalı
- Mühərriki söküb-yığmaqı bilməli
- Maşının detallarının çıxarılması, yuyulmaslı sonra təmirə ehtiyacı olan hissələrin müəyyən edilməsi, detal və hissələrin statik balanslaşdırılmasının həyata keçirilməsi

İş barədə məlumat:

- Təmirə ehtiyacı olan hissələrinin müayinə edilməsi üçün avtomobillərə profilaktik baxışın və diaqnostikanın həyata keçirilməsi
- Mühərrik detallarının çıxarılması,yuyulmasından sonra təmirə ehtiyacı olan hissələrinin statik balanslaşdırılmasının həyata keçirilməsi
- İstehsalçı zavod tərəfindən müəyyən edilmiş standartlara və işin təşkilinə dair digər materiallara müvafiq olaraq,avtomobillərin müharriklərinin mexanizm və hissələrinin sökülməsi, təmiri və yığılması
- Sifarişə müvafiq olaraq ehtiyyat hissələrinin quraşdırılması, nizamlanması və dəyişdirilməsi
- Diaqnostika zamanı müəyyən edilmiş nasazlıqların aradan qaldırılması
- İşin keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməs, zəruri hallarda təmir üsullarının -təkmilləşdırılməsi

Tələblərə uyğun namizədlər mövzu yerinə "Mühərrik ustası" yazaraq [email protected] electron ünvanına göndərmələri xahiş olunur.

  • Əvvəlki

    Azərbaycan Hava Yolları - KOTİROVKA SORĞUSU

Digər xəbərlər