"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır - VAKANSİYA

01.09.2018 Vakansiya
Sumqayıt Texnologiyalar Parkı Büdcəyə nəzarət və idarəetmə uçotu şöbəsi, Böyük mütəxəssis üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Büdcənin planlaşdırılmasında və hazırlanmasında iştirak edir;
• Proqnozlaşdırılan büdcənin planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və Maliyyə departamentinin Büdcəyə nəzarət və idarəetmə şöbəsinin müdirinə təqdim edir;
• Zavodlarda və sexlərdə plan tapşırıqlarının hazırlanmasına nəzarət edir;
• Cəmiyyətin iqtisadi göstəricilərinin yaxşılaşdırılması,satışın və istehsalın artırılması üçün təkliflər hazırlayır;
• Öhdəsinə düşən və rəhbərlik tərəfindən tələb olunan bütün işləri və hesabatları vaxtında,vicdanla,dəqiq və düzgün hazırlamaq və təqdim etmək;
• Şöbənin fəaliyyəti ilə əlaqədar daxili hesabat formalarını,onların təqdim etmə müddətini birbaşa rəhbəri ilə razılaşdırmaq və öz işində tətbiq etmək;

Təhsil/Təcrübə:

• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Beynəlxalq serifikasiya (ACCA, CFA, CPA) arzuolunandır;
• Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı mükəmməl qanunvericilik biliklərinə malik olmalı;
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
• Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail: cv@stp.az

VTB