USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sahibkarların xaricdən investisiya cəlb etməyinə nə mane olur?

07.01.2021 İqtisadiyyat
0 0
Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı və özəl sektorun gəlirliliyinin yüksək olması üçün xarici ölkələrdən investisiya cəlbi zəruri amillərdən birinə çevrilib.

Uzun illərdir ölkəmizdə özəl sektorda fəaliyyət göstərən hazırda biznesin elektronlaşması və onlayn bizneslə bağlı ciddi uğurlar əldə etmiş Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü Nicat Manafov Azərbaycanda mövcud şirkətlərin xaricdən investor cəlbi ilə bağlı əsas problemlərini fins.az-a açıqlayıb.

O bildirib ki, hazırda investorlar ölkələrə investisiya qoyarkən ilk növbədə dövlətin nə qədər elektronlaşdığına fikir verirlər.İkinci növbədə hüquqi prosedurlara və sənədləşmə prosesinin nə dərəcədə avtomatlaşdırıldığına önəm verilir. İnvestorların əsas önəm verdiyi məsələlərdən biri də investisiya qoyacağı ölkədə mühasibatlıq və hesabtlılılıq sisteminin nə dərəcədə sadə yaxud mürəkkəb olmasıdır.

Azərbaycanda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında "Azərbaycan Respublikasının Qanunu" -da investisiya almaqla bağlı müddəa yoxdur. O qanuna görə şəxs şirkətin ya təsisçisi ya da rəhbəri ola bilər. İnvestor ümumiyyətlə yoxdur. Bu qanunda təkminləşdirilmə aparılmalı, dünya standartlarına uyğunlaşdırılmalıdır.Fərqli şirkət tipləri olmalıdır. Məsələn incorp olmalıdır, Ccorp olmalıdır. Bu sistem Gürcüstanda,Türkiyədə var amma Azərbaycanda yoxdur. Buna görə də sürətli şəkildə qanun və vergi sistemi təkminləşdirilməlidir. Belə ki, bizim ölkəmizdə şirkətlər şirkətə səhmdar qismində investor cəlb etmək üçün uzunmüddətli prosedur və sənədləşmə prosesindən keçməlidir. Ən əsası şirkət özü müstəqil şəkildə səhmdar cəlb etmək hüququna demək olar ki, malik deyil. Belə ki, hazırda çoxsaylı dünya ölkələrində şirkətlər heç bir İPO əməliyyatı aparmadan, eyni zamanda birjaya müaciət etmədən investor cəlb edə bilir. Təbii ki,həmin ölkədə özəl sektorun ayrı -ayrı ölkələrdən investor cəlbi çox asan baş tutur.

Azərbaycanda xaricdən inestisiya alan şirkətlərin bir çoxlarını azərbaycanlılar yaradıb . Buna baxmayaraq bir çoxu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ,Amerika Birləşmiş Ştatlarında və.s xarici ölkələrdə qurulurlar. Onların Azərbaycanla hər hansı hüquqi əlaqəsi yoxdur. Azərbaycan şirkəti investiya cəlb etdi deyiləndə bir çoxu əslində Azərbaycanda yaradılmış Azərbaycana məxsus olan şirkət deyil, Dubay, ABŞ şirkətidir. Ona görə də biz dövlət olaraq Azərbaycanda xaricdən investisiya alan şirkətlərə dəstək verməliyik,onlara kömək göstərməliyik.

Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü Nicat Manafovun Azərbaycanda sahibkarlıq fəaliyyəti və özəl şirkətlərin müstəqil inkişafı eyni zamanada investor cəlbi sahəsində səsləndirdiyi problemlərə hüquqşunas Nurəli Əsəsdov münasibət bildirərək deyib ki, məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsasları Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında "Azərbaycan Respublikasının Qanunu" ilə müəyyən edilir və tənzimlənilir. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Hüquqi şəxslərin dövlət qeydiyyatı dedikdə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət formaları mövcuddur.

1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dedikdə Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyət nəzərdə tutulur.

2. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Hal-hazırda minimum nizamnamə kapitalına da heç bir məhdudiyyət qoyulmur. MM-nin 90.1-ci maddəsinə əsasən, nizamnamə kapitalının həcmi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoyulmuş məbləğdən az ola bilməz.

Hüquqşunas ölkədə özəl şirkətlərin investor cəlbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurlara toxunaraq bildirib ki,İnvestisiya-fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquq şərtləri İnvestisiya fəaliyyəti haqqında AR Qanunu ilə müəyyən edilir. İnvestisiya dedikdə gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlər başa düşülür. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatının intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. İnvestisiya fəaliyyəti haqqında AR Qanunun 4-cu maddəsinə əsasən investisiya fəaliyyətinin subyektləri dedikdə Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşları və hüquqi şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investisiya fəaliyyətinin subyektləri (investorları və iştirakçıları) nəzərdə tutulur. İnvestor müstəqil surətdə investisiya qoyuluşunun məqsədini, istiqamətini, növünü və həcmini müəyyənləşdirir, onun həyata keçirilməsi üçün müqavilə əsasında, o cümlədən müsabiqə (tender) və hərrac yolu ilə fiziki və hüquqi şəxsləri investisiya fəaliyyətinin hər hansı iştirakçısı qismində cəlb edir. Qanunun 18-ci maddəsinə görə, Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici investisiyanın qorunmasına təminat verir.

Qeyd edək ki, ölkəmizdə sahibkarlq subyektlərinin inkişafı ilə bağlı mövcud problemlərin daha operativ həlli Azərbaycan iqtisadiyyatının inkişafına birbaşa təsir göstərən faktordur. Sahibkarların xarici ölkələrdən investor cəlb etməsi ilə bağlı prosedurlar sadələşdirilməli sahibkarlıq subyektlərinin inkişafını təmin edən əlverişli mühit yaradılmalıdır.

  • Əvvəlki

    Gömrük Komitəsi xaricdən mal gətirənlərə yenidən güzəşt edib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0