USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB “Rabitəbank”a 2 milyon manata yaxın maliyyə sanksiyası tətbiq etdi

18.08.2025 Problemli Banklar
0 0
Azərbaycan Mərkəzi Bankı kommersiya bankı olan “Rabitəbank” ASC-yə maliyyə sanksiyasının tətbiq edib.

Kommersant.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında qeyd edilir.

Bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.

15.07.2025-14.08.2025-ci il tarixlərini əhatə edən saxlama dövründə “Rabitəbank” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməmişdir.

Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə qarşı 1 857.54 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.

  • Əvvəlki

    Ötən il təhsil sektoru üzrə xərclərə proqnozdan az vəsait ayrılıb

Digər xəbərlər