USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət mülkiyyətinə keçən 55 maşın endirimlə satışa çıxarılır - SİYAHI

12.06.2025 Tender
0 0
11 iyul 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq dövlət mülkiyyətinə keçən əmlakların siyahısı açıqlanıb.

Kommersant.az xəbər verir ki, hərraca 55 nəqliyyat vasitəsi çıxarılıb.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud İqtisadiyyat Nazirliyinin e-sevices.economy.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.