USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu şəxslər evlə təmin olunacaq

28.08.2025 İnşaat və Əmlak
0 0
Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təminatı davam etdirilir.

Kommersant.az-ın məlumatına görə, bu dəfə respublika ərazisində 15-16 avqust 2025-ci il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri tikiləcək.

Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “İnnova İnşaat” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1 843 803 manat ödənilib.

İşlərin həvalə olunduğu “İnnova İnşaat” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur.

  • Əvvəlki

    Azərbaycan nefti bahalaşıb

Digər xəbərlər