USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika Ağdamda ilk dəfə məktəbə gedəcək birinciləri sevindirdi

15.09.2025 Sərfəli Banklar
0 0
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika uzun illərdir həyata keçirdiyi sosial təşəbbüslərlə ölkənin ictimai həyatında fəal rol oynayır.

44 günlük Vətən müharibəsindən sonra Bank Respublika tərəfindən prioritet istiqamət kimi şəhid ailələrinə və eləcə də müharibə iştirakçılarına dəstək göstərmək, həmçinin Qarabağ bölgəsində sosial və humanitar layihələr icra etmək seçilib.

Bu məqsədlə bank əməkdaşları yeni tədris ilinin başlanması ərəfəsində Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd məktəblərinə səfər edərək birinci sinfə qədəm qoyan balaca fidanları sevindiriblər.

Bankın nümayəndələri uşaqlara müxtəlif tədris ləvazimatları ilə dolu məktəb çantaları hədiyyə edərək onların sevincinə şərik olublar. Bankın əməkdaşları uşaqlara yeni biliklər qazanmağı, gələcəkdə peşəkar və vətənpərvər mütəxəssislər kimi yetişməyi arzulayıblar.

Bankdan verilən məlumata əsasan, Bank ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirəcək.

  • Əvvəlki

    Fitch Ratings reytinqini aşağı salır Fransanın yeni hökumətinə təzyiqi artırır

Digər xəbərlər