Sabahın hava proqnozu açıqlandı

31.07.2020 Ekologiya
Avqustun 1-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əvvəlki

    Sabah küçəyə çıxmayın - XƏBƏRDARLIQ

Digər xəbərlər

13.08.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
12.08.2020 Ekologiya
Sabah dolu düşəcək
0 0
11.08.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
07.08.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
06.08.2020 Ekologiya
Sabah səhər yağış yağacaq
0 0
05.08.2020 Ekologiya
Sabaha olan hava proqnozu açıqlandı
0 0
03.08.2020 Ekologiya
Bu günə olan - HAVA PROQNOZU
0 0
01.08.2020 Ekologiya
Bazar günü hava necə olacaq?
0 0
30.07.2020 Ekologiya
Avqustda hava necə olacaq? - PROQNOZ
0 0