USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Mərkəzi Bankının aktivləri 5% artıb

23.05.2025 İqtisadiyyat
0 0
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36,520 milyard manat olub.

Kommersant.az bu barədə AMB-ə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 1,727 milyard manat və ya 5% çoxdur. Ötən ilin eyni dövründə AMB-nin aktivləri 34,793 milyard manat idi.

AMB-nin aktivlərində pul vəsaitləri və onların ekvivalentləri 8,589 milyard manat Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 1,129 milyard manat, törəmə maliyyə alətləri 6,6 milyon manat, borc qiymətli kağızlar 25,824 milyard manat, banklara verilmiş kreditlər 13,8 milyon manat, bank olmayan kredit təşkilatlarına (BOKT) verilmiş kreditlər 648 min manat, Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlər 164 milyon manat, torpaq, tikili və avadanlıqlar 538 milyon manat, qeyri-maddi aktivlər 39 milyon manat, investisiya mülkiyyəti 38 milyon manat, sair maliyyə aktivləri 47 milyon manat və sair aktivlər 131 milyon manat təşkil edib.

  • Əvvəlki

    İslam İnkişaf Bankının növbəti İllik Toplantısı Azərbaycanda keçiriləcək

Digər xəbərlər

23.05.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
23.05.2025 İqtisadiyyat
Bu gün bu ərazilərdə qaz olmayacaq
0 0
23.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0