USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İslam İnkişaf Bankının növbəti İllik Toplantısı Azərbaycanda keçiriləcək

22.05.2025 İqtisadiyyat
0 0
İslam İnkişaf Bankı Qrupunun (IsDB) növbəti İllik Toplantısı 2026-cı ildə Azərbaycanda keçiriləcək.

Kommersant.az-ın xüsusi müxbiri xəbər verir ki, bu haqda Bankın Əlcəzairdə keçən İllik Toplantısında elan olunub.

Qeyd edək ki, toplantı “İqtisadiyyatların şaxələndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması” şüarı altında keçirilir.

Tədbirdə bankın 57 üzv ölkəsinin maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirləri iştirak edirlər. Toplantı zamanı aparılan müzakirələr və qəbul olunan qərarlar, həm müsəlman dünyasında, həm də onun hüdudlarından kənarda sosial-iqtisadi problemlərin həlli üçün effektiv yanaşmaların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyacaq.