USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

23.05.2025 İqtisadiyyat
0 0
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,62 ABŞ dolları və ya 0,92% azalaraq, 66,65 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,61 dollar və ya 0,92% ucuzlaşaraq 65,34 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,82 dollar və ya 1,56% azalaraq, 51,61 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,63 dollar və ya 0,96% azalaraq 64,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Azərbaycan Mərkəzi Bankının aktivləri 5% artıb

Digər xəbərlər

23.05.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
23.05.2025 İqtisadiyyat
Bu gün bu ərazilərdə qaz olmayacaq
0 0
23.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0