USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillərin dövlət qeydiyyatına alınmasına görə - YENİ RÜSUMLAR TƏSDİQ EDİLDİ

02.08.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilb.

"Kommersant.az" xəbər verir ki, qərar, 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir

Qərarda deyilir ki,minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

Sıra №-si

Minik avtomobilinin mühərrikinin həcmi

Dövlət rüsumunun məbləği

2.1.1.

2000 kubsantimetrədək

mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat

2.1.2

3000 kubsantimetrədək

100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat

2.1.3

4000 kubsantimetrədək

200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat

2.1.4

5000 kubsantimetrədək

400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat

2.1.5.

5000 kubsantimetrdən çox olduqda

1500 manat

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3

(c) Marja

  • Əvvəlki

    Dolların sabaha olan məzənnəsi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0