USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika yeni Beyləqan filialını istifadəyə verdi

09.07.2025 Sərfəli Banklar
0 0
Bank Respublika Beyləqanda yeni filialını açdı.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaq məqsədilə Beyləqan şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin "Bank Respublika"nın strateji məqsədlərindən biri olduğunu qeyd edən "Bankın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Bununla, "Bank Respublika"nın ölkə üzrə xidmət şəbəkəsinin sayı 39-a çatıb.

Bankın yeni filialı – Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, giriş 292A ünvanında fəaliyyət göstərəcək

  • Əvvəlki

    Avropada istilər nəticəsində ölənlərin sayı üç dəfə artıb

Digər xəbərlər

23.06.2025 Sərfəli Banklar
Tam onlayn səyahət sığortası Yelo App-də
0 0