USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya və Böyük Britaniya dostluq müqaviləsi imzalandı

18.07.2025 İqtisadiyyat
0 0
Almaniya kansleri Fridrix Merz vəzifəyə gəldikdən sonra Böyük Britaniyaya ilk səfəri zamanı baş nazir Keir Starmer ilə təhlükəsizlikdən iqtisadiyyata qədər geniş mövzuları əhatə edən Almaniya-İngiltərə dostluq müqaviləsi imzaladı.

Almaniya kansleri Fridrix Merz vəzifəyə gəldikdən sonra ilk dəfə Böyük Britaniyaya səfər edib. Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer iki ölkə arasında dostluq müqaviləsinin imzalanma mərasimində iştirak etmək üçün Londondakı tarixi Viktoriya-Albert Muzeyində görüşüblər. İki lider 27 səhifəlik Almaniya-Britaniya Dostluq Sazişi imzalayıblar.

“Tarixi gün” kimi təsvir
İmzalanma mərasimindən sonra Almaniya kansleri Merz bunu Almaniya-Böyük Britaniya münasibətləri üçün “tarixi gün” kimi qiymətləndirib. Merz, "Müdafiə, xarici siyasət və iqtisadiyyat sahələrində daha yaxından əməkdaşlıq etmək istəyirik. Böyük Britaniya ilə keçmişdə olduğundan daha sıx əməkdaşlıq edə biləcəyimiz bir çox sahə var" dedi.

  • Əvvəlki

    Yuliya Svırıdenko Ukraynanın yeni baş naziri təyin edilib

Digər xəbərlər

17.07.2025 İqtisadiyyat
Bəzi ərazilərdə işıq olmayacaq
0 0
17.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
17.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0