USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergilərə təklif olunan dəyişikliklər - TAM MƏTN

19.11.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə bir çox dəyişikliklər təklif olunur.

"Kommersant.az", ƏDV-yə təklif olunan dəyişiklikləri sahənin müvafiq əməkdaşları üçün olduğu kimi təqdim edir.

154-cü maddə üzrə:

154.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur.";

154.6-cı maddəyə "Aksizli" sözündən sonra ", məcburi nişanlama ilə nişanlanmalı" sözləri əlavə edilsin;

155.3-cü maddədə "olduğu halda," sözlərindən sonra "birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs" sözləri əlavə edilsin;

Aşağıdakı məzmunda 156.1-1-ci və 156.1-2-ci maddələr əlavə edilsin:

"156.1-1. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən, aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilən hüquqdan istifadə edə bilər:

156.1-1.1. göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

156.1-1.2. digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

156.1-1.3. göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

156.1-2. Bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.";

157.3.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə tətbiq edilmir.";

158.1-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.";

164-cü maddə üzrə:

164.1.18-ci maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;

164.1.36-cı maddədə "restrukturizasiya" sözü "rezolyusiyası" sözü ilə əvəz edilsin və həmin maddəyə "təqdim edilməsi" sözlərindən sonra ", habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi" sözləri əlavə edilsin;

164.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.39-cu maddə əlavə edilsin:

"164.1.39. sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə.";

Aşağıdakı məzmunda 165.5-ci maddə əlavə edilsin:

"165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.";

175-ci maddə üzrə:

175.1.3-cü maddənin üçüncü cümləsində "hesabı vasitəsilə" sözləri "hesabına" sözü ilə əvəz edilsin;
175.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.";

175.6-cı maddənin ikinci cümləsində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.17-ci maddəsində nəzərdə tutulmuş subsidiyalar istisna olmaqla, dövlət büdcəsindən müxtəlif mənbələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)" sözləri "Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla)" sözləri ilə əvəz edilsin.

  • Əvvəlki

    Benzinin qiyməti düşəcək - TÜRKİYƏDƏ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0