USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük yığımları azalıb

03.07.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi (DGK) üzrə dövlət büdcəsinə daxilolmalar 3,1 milyard manat olub.

Kommersant.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 161 milyon manat və ya 5% azdır. Belə ki, 2024-cü ilin ilk altı ayında DGK-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3,25 milyard manat idi.

Qeyd edək ki, DGK-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar proqnozdan 4,1 milyon manat və ya 0,1% çox olub.

Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib.

  • Əvvəlki

    Ötən ay uşağın anadan olmasına görə neçə nəfərə birdəfəlik müavinət ödənilib?

Digər xəbərlər