Avro niyə dəyər itirir? - AÇIQLAMA

01.11.2018 Birja
"Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri proqnozlaşdırılandan xeyli bədbin olub."

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov avro ilə bağlı növbəti gözləntilər haqqında danışarkən deyib. O qeyd edib ki, Avrozonada mövcud siyasi və iqtisadi dəyişikliklər avronun kursunun azalmasına səbəb olub:

"Zonada cəmi 0.2% iqtisadi artım qeydə alınıb. Buna rəğmən inflyasiya göstəricisi gözləniləndən daha yüksəkdir. Bu arada, Almaniya kanslerinin seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz ötüşməyib. Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də avronu sarsıldan səbəblərdən hesab edilir. Avronun məzənnəsində yaxın vaxtlar üçün kəskin artımlar proqnozlaşdırılmasa da gözlənilir ki, Avropa pulu müəyyən müddətdən sonra stabilləşə biləcək. Amma Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa o zaman avro yeni “qara günlərini” yaşaya bilər. Qeyd edək ki, bu ilin martında 1 avro almaq üçün 1,24 dollar ödəmək lazım idisə, indi tələb edilən məbləğ 1,13-dək azalıb. Bu, avronun yalnız son 6 ayda 9% ucuzlaşması deməkdir."

  • Əvvəlki

    Ov etdiklərinə görə cərimələndilər - 2015 MANAT

Digər xəbərlər