USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda kirayə evlərin qiyməti düşdü

13.03.2020 Bank
0 0
Bakıda kirayə evlərin qiyməti düşüb.

"Kommersant.az" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. Ekspert bunun səbəbini koronavirusla əlaqələndirir:

"Fevral ayının nəticələrinə görə, mənzil bazarında vəziyyət dəyişib. Əsasən də kirayə mənzil bazarında.

Kirayə mənzil bazarında qiymətlərdə həddindən artıq düşmə var. Bunun da səbəbi məlum hadisələrlə əlaqədardır. Bilirsiniz ki, koronavirusla bağlı turistlərin Azərbaycana gəlməsində məhdudiyyət yaranıb".