USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı: Qlobal əmtəə qiymətləri sabitləşir

25.04.2024 İqtisadiyyat
0 0
Dünya Bankı bəyan edib ki, qlobal əmtəə qiymətləri keçən ilki kəskin enişdən sonra sabitləşib və bu, mərkəzi bankların faiz dərəcələrini sürətlə aşağı salmasını çətinləşdirə bilər.

Dünya Bankı “Əmtəə bazarlarına baxış” hesabatının 2024-cü il aprel buraxılışını dərc edib.

Hesabatda 2022-ci ilin ortaları ilə 2023-cü ilin ortaları arasında qlobal əmtəə qiymətlərinin təxminən 40 faiz azaldığı və bunun ötən il ümumi inflyasiyanın azalmasında həlledici rol oynadığı bildirilib.

Dünya Bankının əmtəə qiymətləri indeksinin 2023-cü ilin ortalarından etibarən mahiyyət etibarı ilə dəyişmədiyi bildirilib və məlumat verilib ki, qlobal əmtəə qiymətləri bu il 3 faiz, 2025-ci ildə isə 4 faiz azalacaq.

Hesabatda bu tempin əksər ölkələrdə mərkəzi bank hədəflərinin üzərində qalan inflyasiyanın yatırılmasına çox az təsir göstərəcəyi və faiz dərəcələrinin sürətlə aşağı salınmasının çətinləşə biləcəyi vurğulanıb.

Bildirilib ki, son 2 ildə davamlı olaraq yüksək geosiyasi gərginlik neftin və bir çox digər kritik əmtəələrin qiymətlərini dəstəkləyib və münaqişələr nəticəsində tədarükdə fasilələr baş verməzsə, Brent markalı neftin barel qiyməti bu gün orta hesabla 84 dollar olacaq.

Hesabatda Yaxın Şərqdə münaqişənin daha da şiddətlənəcəyi təqdirdə neft tədarükünün pozulmasının qlobal inflyasiyaya səbəb ola biləcəyinə diqqət çəkilir və mülayim tədarükün pozulmasının qiyməti 92 dollara, daha ciddi pozuntunun isə Brent neftinin qiymətini qaldıra biləcəyi qiymətləndirilir. Neftin 100 dolların üzərinə çıxması, qlobal inflyasiyanın az qala 1 bal artmasına səbəb oldu.

Geosiyasi problemlərin qızıl qiymətlərini dəstəkləyəcəyi gözlənilir

Hesabatda, "təhlükəsiz sığınacaq" axtaran investorların populyar seçimi olan qızılın orta qiymətinin 2025-ci ildə bir qədər eniş yaşamadan əvvəl 2024-cü ildə rekord həddə çatacağı gözlənilir. İnkişaf etməkdə olan ölkələrin mərkəzi banklarından da güclü tələb var. Artan geosiyasi çətinliklərin bu il boyunca qızıl qiymətlərini dəstəkləməsinin gözlənildiyi ifadə edilib.

Hesabatda qeyd olunub ki, Yaxın Şərqdə münaqişələrin artması təbii qaz, gübrə və ərzaq qiymətlərini də artıra bilər.

  • Əvvəlki

    Avropa Parlamenti “İrana qarşı daha çox sanksiya” qətnaməsini təsdiqləyib

Digər xəbərlər