USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlandı - HESABAT

30.07.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqlayıb.

MBNP-dən "Kommersant.az"a verilən məlumata görə, 2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Əməliyyatların 52.2%-i (6 499 mln. manat) ilkin bazarda, 47.8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.

2018-ci ilin I yarımilliyi ərzindəötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 8 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.