“Lider TV” müflis elan edilməsi barədə qərardan şikayət verdi

21.07.2020 İKT
"Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

"Kommersant.az" report-a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, "Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

"Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.