Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 1,808 milyard manat investisiya yönəldilib.
Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6% azdır.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 22,4%-ə bərabər olub.
Hesabat dövründə ölkədə yalnız nəqliyyat sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 1,806 milyard manata bərabər olub ki, bu da 2024-cü ilin ilk altı ayındakı göstəriciyə nisbətən 13,79% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5% artıb.