USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qala Həyat Sığorta"nın vəziyyəti hər il - AĞIRLAŞIR

01.04.2019 Bank
0 0
“Qala Həyat Sığorta” ASC-nin cəmi gəlirləri 2018-ci il ərzində 20% azalaraq 23,23 mln. manat (2017-ci ildə 29,92 mln. manat) təşkil edib. Bu sığorta şirkətinin son 3 ildə ən aşağı gösətricisidir.

Bu barədə Sığorta Şirkətinin 2018-ci il üzrə maliyyə hesabatında deyilir.

Hesabat dövrü ərzində cəmi gəlirlərinin azalmasının əsas əsbəbkarı birbaşa sığorta üzrə sığorta haqlarının ötən 2017-ci ildə 20 mln. manat təşkil etdiyi halda 2018-ci il ərzində 16 mln. manata düşməsidir.

"Qala Həyat"ın cəmi gəlirlərindəki 2016-cı ildəki 40 mln. manatdan sonra hələki eniş müşahidə edilir.

Sığorta şirkətinin zərərdən xilas olmasına əsas səbəb kimi bu il xərclərinin bir qədər azalmasıdır. Belə ki, sığorta şirkətinin xərcləri 2017-ci il ilə müqayisədə 34% az olmasıdır.

Məlumat üçün bildirək ki, sığorta şirkətinin xalis mənfəəti 1,69 mln. manat təşkil edib.

Xatırladaq ki, "Qala Sığorta" ASC-nin nizamnamə kapitalı 12,87 mln. manat olmaqla səhmlərinə iki hüquqi şəxs -"Azre" Təkrarsığorta Şirkəti (91,11%) və Quna şirkəti (9,89%) sahibdir.