USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Sığorta”nın xalis mənfəəti azalıb

08.04.2020 Bank
0 0
“Bakı Sığorta” 2019-cu ili 237 min manat xalis mənfəətlə başa vurub. Belə ki, illik müqayisədə sığorta şirkətinin mənfəəti 29% azalıb.

"Kommersant.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə "Bakı Sığorta"nın gəlirləri 2,086 milyon manat, xərcləri 1,789 milyon manat təşkil edib.

"Bakı Sığorta"nın aktivləri 10,924 milyon manat olub ki, bu da 2018-ci ilin müvafiq dövrüylə müqayisədə aktivlərin 3,5% çoxalması deməkdir.

Sığorta şirkətin öhdəlikləri 10,4% artaraq 1,409 milyon manata, balans kapitalı isə 3% artaraq 9,515 milyon manata çatıb.