USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank” 2023-cü ili artımlarla başa vurub - HESABAT

25.01.2024 Sərfəli Banklar
0 0
“Yelo Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 12.5 dəfə artaraq 70 milyon 671 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, “Yelo Bank”ın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 744 milyon 917 min manat və ya 90.67 faiz artaraq 1 milyard 566 milyon 452 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 19.11 faiz təşkil edib.

Bankın müştərilərinə verdiyi istehlak kreditləri 54 milyon 189 min manat artaraq 207 milyon 637 min manata, biznes kreditləri 87 miylon 127 min manat artaraq 483 milyon 128 min manata, ipoteka kreditləri 1 miylon 46 min manat artaraq 73 milyon 544 min manata yüksəlib. Buna görə də bankın müştərilərinə verdiyi kreditlər 764 milyon 309 min manat olub ki, bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 142 milyon 361 min manat çoxdur.

“Yelo Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyyatı 1 il ərzində 22 miylon 308 min manat azalaraq 16 milyon 288 min manata düşüb. Nəticədə bankın kredit portfeli 748 milyon 21 min manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 164 milyon 670 min manat çoxdur.

“Yelo Bank”ın müştərilərin topladığı əmanətlərin artması bankın depozit portfelinin cəmini 1.25 dəfə artırıb. Bankın fiziki şəxslərdən topladığı əmanətlər 135 milyon 563 min manat, hüquqi şəxslərdən topladığı əmanətlər isə 584 milyon 160 min manat artaraq 720 milyon 595 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 719 milyon 723 min manat artaraq 1 milyard 292 milyon 23 min manata yüksəlib. Buna görə də bankın cəmi öhdəlikləri 2022-ci ilin sonu ilə müqayisədə 722 milyon 118 min manat və ya 96.89 faiz artaraq 1 milyard 467 milyon 384 min manata yüksəlib.

Səhmdar kapitalını dəyişdirməyən “Yelo Bank”ın bölüşdürülməmiş mənfəəti 2022-ci ilin son rübü ilə müqayisədə 20 milyon 762 min manat azalaraq 288 milyon 351 min manata düşüb. Bankın ümumi ehtiyatları isə 2 milyon 38 min manat artaraq 8 milyon 919 min manata yüksəlib. Buna baxmayaraq bankın cəmi kapitalı 22 milyon 799 min manat aratarq 99 milyon 68 min manata yüksəlib.

Yelo Bank

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.566.452

821.535

744.917

Kredit

764.309

621.948

142.361

İstehlak kreditləri

207.637

153.448

54.189

Biznes kreditləri

483.128

396.001

87.127

Daşınmaz əmlak kreditləri

73.544

72.498

1.046

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

16.288

38.596

-22.308

Xalis Kreditlər

748.021

583.351

164.670

Cəmi Öhdəliklər

1.467.384

745.266

722.118

Depozit

1.292.023

572.300

719.723

Fiziki şəxslərin depozitləri

571.427

435.864

135.563

Hüquqi şəxslərin depozitləri

720.595

136.435

584.160

Cəmi Kapital

99.068

76.269

22.799

Səhmdar kapitalı

378.000

378.000

0

Bölüşdürülməmiş mənfəət

288.251

309.013

-20.762

Ümumi ehtiyatlar

8.919

6.881

2.038

“Yelo Bank”ın faiz gəliri 2022-ci ilin son rübü ilə müqayisədə 26 milyon 108 min manat artaraq 112 milyon 631 min manata, faiz xərcləri isə 10 milyon 898 min manat azalaraq 43 milyon 591 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 67 milyon 162 min manat olub ki, bu da 2022-ci ilin eyni rübü ilə müqayisədə 13 milyon 332 min manat və ya 24.76 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 2 milyon 51 min manat artaraq 11 milyon 922 min manata, qeyri-faiz xərcləri isə 7 milyon 849 min manat artaraq 70 milyon 878 min manata yüksəlib. Nəticədə bankın əməliyyat mənfəəti 8 milyon 206 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 7 milyon 533 min manat çoxdur.

“Yelo Bank”ın xalis mənfəəti 65 milyon 534 min manat artaraq 70 milyon 761 min manata yüksəlib.

Qeyd edək ki, bankın məcmu kapitalı 17.51 faiz və ya 16 milyon 357 min manat artaraq 109 milyon 761 min manata yüksəlib.

Yelo Bank

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Faiz Gəliri

112.631

86.523

26.108

Faiz Xərci

43.591

32.693

10.898

Xalis Faiz Gəliri/Zərəri

67.162

53.830

13.332

Qeyri-Faiz Gəliri

11.922

9.871

2.051

Qeyri-Faiz Xərci

70.878

63.029

7.849

Əməliyyat Mənfəəti (Zərəri)

8.206

673

7.533

Xalis Mənfəət (Zərər)

70.761

5.228

65.534

Məcmu Kapital

109.761

93.404

16.357