USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zaqatalada fındığın qiyməti Xaçmazı keçib

07.12.2019 İqtisadiyyat
0 0
Azərbaycanda Zaqatalada tədarük edidən fındığın qiyməti Xaçmazdakı qiymətləri üstələyib.

Hazırda Zaqataladakı fabriklər tərəfindən alınan fındığın qiyməti maksimum 10,70 AZN/kq-a qədər hesablanır. Xaçmazda isə ən maksimum bölgü qiyməti 10.60 AZN/kq-dır. Başqa sözlə, Zaqataldakı qiymətlər 3 həftədə sürətlə artaraq Xaçmazla arada olan fərqi qapadıb.

Regionun əsas fındıq istehlakçısı sayılan Türkiyə bazarında isə qiymətlərin sürətlə yüksəlməsi yavaşıyıb və bazarda durğunluq yaranıb. Türkiyəli fındıq sektoru mütəxəssislərinin fikrinə görə, qiymətlərin yüksək qalması üçün fındığın bazara birdən-birə toplu şəkildə yox, mərhələli şəkildə çıxarılması lazımdır.

  • Əvvəlki

    Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib

Digər xəbərlər