190 manat alanların siyahısında şübhəli məqamlar: Abasovlar... - FOTOLAR

12.05.2020 İqtisadiyyat
"Birdəfəlik ödəmə üzrə 190 manat alanların siyahısında şübhə doğuranlar var”.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Əmək və Əhalinin Sosial Müavinət Nazirliyinin 190 manat birdəfəlik yardım verilən 600 min vətəndaşın siyahısından danışarkən deyib.

Onun sözlərinə görə, siyahıda soyad və ata adları eyni olanlar üstünlük təşkil edir:

"Birdəfəlik ödəmə üzrə 190 manat alanların siyahısında yalnız soyadları "Abasov" olanları nəzərdən keçirdim. Eyni ad, soyad və ata adı olan, lakin FİN-in ilk 3 simvolu müxtəlif olan çoxlu şəxslərə rast gəldim. Hələ mən 1200-ə qədər baxdım, görün 600 min arasında nə qədər şübhə doğuranlar vardır”.

Qubad İbadoğlu təklif edib ki, 190 manat alanların siyahısı yaşayış yerləri üzrə ünvanları, doğum tarixləri ilə birlikdə dərc edilməlidir ki:

"Belə halları görəndə şübhələr yaranmasın. Şəkil bölməsinə sıra sayı 436-437, 445-446, 986-987, 1210-1211 olanlara diqqət edin. Hələ də gec deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini siyahıya yaşayış yerlərini əlavə etməyə çağırıram”.

Qaynarinfo

  • Əvvəlki

    “Baku Medical Plaza”da 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

Digər xəbərlər

VTB