USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buna görə 2900 manat cərimələndi

13.03.2019 İqtisadiyyat
0 0
Ağac kəsdiyinə görə 2900 manat cərimə olundu.

"Kommersant.az" xəbər verir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.