USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bir çox ölkələr ərzaq ixracına məhdudiyyət qoyur, ehtiyatılarını toplayırlar

25.03.2020 İqtisadiyyat
0 0
Qlobal bazarda öz ehtiyyatlarını tutan supermarket alıcıları deyil. Artıq bir neçə hökumət koronavirus pandemiyası dövründə qida ehtiyyatlarını qorumağa çalışır.

Dünyanın ən böyük buğda hasilatçısı – Qazaxıstan yerkökü, şəkər və kartof kimi məhsullarının gömrükdən xaricə ixracına qadağa qoyub. Virusun ilkin təsir etdiyi sıralarda olan Vyetnam isə müvəqqəti olaraq düyünün ölkə sərhədlərindən kənara çıxmasını əngəlləyib. Digər, Serbiya isə, hasil etdikləri günəbaxan yağının digər ölkələrə satılmasını qadağa qoyub və həftəlik vəziyyətin qiymətləndirdiklərini deyirlər. Bu barədə Bloomberg yazır.

Artıq bu formada ölkələrin addımları yeni sual ortaya çıxarır: Bu baş verənlər artıq tədarük zəncirlərini və ticarət axınlarını pozmaqla yeni "qida millətçiliyi" dalğasının başlanğıcıdırmı?

"Biz bunun artıq baş verməyini görməyə başlamışıq. Görünür, bloklanma daha da pisə doğru gedir" – deyə, Londondakı Chatam House fikir mərkəzinin direktoru Tim Benson deyir.

Qida tədarükü kifayət qədər olsa da, maddi-texniki baxımdan maneələr koronavirusla bağlı gözlənilməz tədbirləri, maddi-texniki baxımdan maneələr, təftiş və əmək bazarına zərbələrin təhlükəsi məhsullar əldə etməyi çətinləşdirir.

İstehlakçılar dünyanın 4 bir yanında öz ehtiyyat anbarlarını hələ də doldurmaqdadırlar. Virusla əlaqəli iqtisadi tənəzzül hələ yenicə başlayıb. Ticarət məhdudiyyətləri müşahidəcilərin yaddaşına yaxşı təsirindən daha çox zərərli kimi yaddaşlarına həkk oluna bilər.

Bəzi xalqlar strateji ehtiyyatlarının üstünü bir qədər də artırırlar. Dünyanın ən böyük düyü çəltikçisi sayılan – Çin düyü və buğda daxili bazarda məhsul yığımından daha əvvəl və bir illik istehlaka bəs edəcək qədər tədarük edəcəyində israrlıdır.

Buğda idxalçıları Əlcəzair və Türkiyə yeni bu məhsulla bağlı yeni tenderlər elan ediblər. Mərakeş buğda idxal rüsumları ilə bağlı təxirə salınmanın hələ iyunun ortalarına qədər davam edəcəyini deyir.

  • Əvvəlki

    Kredit borclarının aqibəti necə olacaq? - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0