USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brokerlər işlərini itirə bilər

10.09.2018 İqtisadiyyat
0 0
Yaponiya hotellərindən birində qonaqlara robot dinozavrlar qulluq edir.

"Kommersant.az" xəbər verir ki, Tokioda yerləşən "Henn na Hotel"də müştərilərin qeydiyyatını da robot dinozavrlar aparır. Onlar hərəkət sensorlarına reaksiya verməklə, qonaqlara lazımi xidmətləri göstərirlər. Qeydiyyat və robotlarla ünsiyyət planşet vasitəsilə həyata keçirilir. Qonaqlar yapon, ingilis, çin, koreya dillərini seçmək ixtiyarına malikdir. Robot dinozavrlar hotelin təmizlik işlərində də istifadə olunur.

Beynəlxalq şirkət olan "McKinsey & Company"nin araşdırmalarına əsasən, dünyada təxminən 800 milyonluq iş yeri 2030-cu ilə qədər robotlar tərəfindən əvəz edilə bilər (daha çox yeyinti sənayesi işçilərini və texniki sahədə çalışan işçiləri). Risk zonasına eyni zamanda mühasiblər, vəkil köməkçiləri, ipoteka brokerləri də daxildir. Tədqiqat 46 ölkədə 800 peşə qiymətləndirməsini əhatə edir.

Qeyd edək ki, ABŞ və Almaniya kimi ölkələrdə robotlar iş yerlərinin üçdə birini əvəz edir. Çində isə bu göstərici 12% təşkil edir.

  • Əvvəlki

    Dollar dövriyyədən çıxarılır

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0