İnam Kərimov: "Rayonlara səfər etməkdə məqsədim fermerlərə daha yaxın olmaqdır"

16 May 12:02 Aqrar
"Azərbaycanın rayonlarına səfər etməkdə əsas məqsədim problemləri eşitmək, fermerlərə daha yaxın olmaqdır".

"Kommersant.Az" xəbər verir ki, bunu Bakıda keçirilən “WorldFood Azerbaijan 2018" sərgisində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalçılarına yaxın olmaq rəhbərlik etdiyi qurumun qarışısına qoyulmuş əsas vəzifələrdən biridir: "Məqsəd problemləri yerində dinləmək və nazirlik olaraq onların həllinə çalışmaqdır. Bu, bizim davam edən işimiz olacaq".

  • Əvvəlki

    “NBC Bank” ötən il ərzində kredit və depozit portfelini böyüdəbilib

Digər xəbərlər