USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

25.04.2024 İqtisadiyyat
0 0
Cənubi Koreyanın “LG Electronics” texnoloji şirkəti qlobal iqtisadi qeyri-müəyyənliklər səbəbindən ilin birinci rübündə əməliyyat mənfəətində ikirəqəmli azalmaya məruz qalıb.

Kommersant.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin əməliyyat mənfəəti yanvar-mart rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz azalaraq, 973,2 milyon dollar təşkil edib.

Bununla belə, mənfəət göstəricisi təxminən 922,4 milyon dollar həcmində proqnozlaşdırılan bazar gözləntilərini üstələyib.

Kompaniyanın gəliri 3,3 faiz artaraq, 15,3 milyard dollar olub və bu, şirkətin tarixində ən yüksək birinci rüb gəliri kimi qeydə alınıb. Xalis gəlir isə 7,1 faiz artaraq, 425,2 milyon dollara çatıb.

Məişət texnikası bölməsi üç ayda 6,2 milyard dollar gəlirlə 682,9 milyon dollar, avtomobil komponentləri biznesi isə 1,9 milyard dollar gəlirlə 37,8 milyon dollar əməliyyat mənfəəti əldə edib. Bu, ötən ilin eyni rübünə nisbətən 11,5 faiz artım deməkdir.