I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib

17 May 11:53 Energetika
2018-ci ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın həcmi gündə orta hesabla 597 min barel və ya ümumilikdə təqribən 54 mln. barel, yəni 7 mln. ton təşkil edib.

"Kommersant.Az" xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin I rübün nəticələri ilə bağlı hesabatında qeyd edilib.

Hasilatın həcmi ötən ilin I rübündən 1,4% az olub.

Bildirilib ki, I rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Gündəlik “Çıraq” platformasından 53 min barel, “Mərkəzi Azəri” platformasından 156 min barel, “Qərbi Azəri” platformasından 123 min barel, “Şərqi Azəri” platformasından 94 min barel, “Dərinsulu Günəşli” platformasından 109 min barel və “Qərbi Çıraq” platformasından 62 min barel neft hasil edilib.

İlin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub. Rüb ərzində AÇG-də 5 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

  • Əvvəlki

    Azərbaycanda iri innovasiya mərkəzi tikiləcək

Digər xəbərlər

14 Sentyabr 10:26 Energetika
"Azəriqaz" abonetlərinin sayını açıqlayıb
0 0
13 Sentyabr 00:18 Energetika
Azərbaycan nefti bahalaşmaqda davam edir
0 0
12 Sentyabr 20:24 Energetika
"Brent" markalı neftin qiyməti 80 dolları ötüb
0 0
12 Sentyabr 00:30 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
11 Sentyabr 13:52 Energetika
Daha bir qəsəbəyə təbii qaz verilib
0 0
11 Sentyabr 09:51 Energetika
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
0 0
10 Sentyabr 23:36 Energetika
Azərbaycan nefti cüzi ucuzlaşıb
0 0
10 Sentyabr 17:55 Energetika
5 gün qaz olmayacaq
0 0