SOCAR Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchizatı üçün “Rosneft”lə - Kontrakt imzalayıb

2 Sentyabr 14:29 Energetika
SOCAR Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatına dair “Rosneft”lə Kontrakt imzalayıb.

SOCAR-dan "Kommersant.az"a bildirilib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Rosneft”in baş icraçı direktoru İqor Seçin imzalayıb. Kontrakt SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasını nəzərdə tutur.
Sənəd bu il avqustun 23-də imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması planlaşdırılır.
“Star” zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanan bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.
Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan “Star” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığında, Egey dənizinin sahilində yerləşir. “Star” neft emalı zavodunun bu ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

  • Əvvəlki

    Xətai və Nərimanov rayonları ərazisində yayılan pis qoxunun səbəbi məlum olub

Digər xəbərlər

20 Sentyabr 23:44 Energetika
Azərbaycan neftinin son qiyməti
0 0
20 Sentyabr 21:49 Energetika
TANAP-la 198 mln. kubmetr qaz nəql edilib
0 0
14 Sentyabr 10:26 Energetika
"Azəriqaz" abonetlərinin sayını açıqlayıb
0 0
13 Sentyabr 00:18 Energetika
Azərbaycan nefti bahalaşmaqda davam edir
0 0
12 Sentyabr 20:24 Energetika
"Brent" markalı neftin qiyməti 80 dolları ötüb
0 0
12 Sentyabr 00:30 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
11 Sentyabr 13:52 Energetika
Daha bir qəsəbəyə təbii qaz verilib
0 0
11 Sentyabr 09:51 Energetika
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
0 0
10 Sentyabr 23:36 Energetika
Azərbaycan nefti cüzi ucuzlaşıb
0 0