USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Texnologiya nəhəngi Meta-nın İsrailə kömək etdiyi iddiası

25.04.2024 İqtisadiyyat
0 0
Meta şirkətinə məxsus WhatsApp mesajlaşma platformasının şəxsi məlumatları paylaşaraq İsrailin Qəzzada canlı hədəfləri tapmaq üçün istifadə etdiyi süni intellekt sisteminə kömək etdiyi iddia edilib.

İsrailin fələstinlilərə qarşı soyqırımı davam edərkən, İsrailin qırğınlarında dünyaca məşhur Meta texnologiya şirkətinin də rolu olduğu iddia edilib.

"Fələstin üçün texnologiya" adlı platformanın qurucularından olan proqram mühəndisi Paul Biggar tərəfindən dərc edilən hesabatlar, İsrailin canlı hədəfləri tapmaq üçün istifadə etdiyi Lavender adlı süni intellekt proqramının WhatsApp mesajlaşma platformasından kömək aldığını ortaya çıxarıb.

Meta'nın İsrail ordusuna WhatsApp qruplarını müəyyən şəxslərlə paylaşan fələstinlilər haqqında məlumat verdiyi iddia edilərkən, İsrailin Lavender proqramı vasitəsilə WhatsApp-a qoşularaq potensial hədəflərin yerini müəyyənləşdirdiyi bildirilib. Nəhəng texnologiya şirkətinin Fələstindəki qırğında şərik olduğu iddiaları Meta-nın məxfilik siyasəti ilə bağlı şübhələri artırsa da, WhatsApp öz açıqlamasında bu iddiaları rədd edib.

Meta senzura iddiaları ilə gündəmə gəlib

Facebook və Instagram, həmçinin WhatsApp-ın daxil olduğu Meta şirkəti daha əvvəl Fələstin tərəfdarı yazılara sistemli senzura tətbiq etdiyi iddiaları ilə gündəmə gəlmişdi.

Human Rights Watch (HRW) tərəfindən ötən dekabr ayında dərc edilmiş “Metanın pozulmuş vədləri: İnstaqram və Facebook-da Fələstin məzmununun sistematik senzurası” başlıqlı 51 səhifəlik hesabatda, Mark Zukerberqə məxsus Meta-nın Fələstinə dəstək verən dinc bəyanatlar verdiyi və O, Fələstin insan haqları iə bağlı ictimai müzakirələr də daxil olmaqla, bir çox yazıları sildiyini və ya senzura etdiyini ortaya qoyub.