Astarada velosiped sürən yeniyetməni maşın vurub

6 İyun 23:35 Hadisə
Astarada velosiped sürən yeniyetməni maşın vurub.

"Kommersant" bildirir ki, APA-nın cənub bürosunun məlumatına görə, rayonun Giləkəran məhəlləsində baş verən hadisə rayon sakini, 2004-cü il təvəllüdlü Əkbər Qadir oğlu Ələsgərov velosiped sürən zaman baş verib.

Yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilk tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.

Ə. Ələsgərova körpücük sümüyü ilə yanaşı, ayağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

  • Əvvəlki

    Bu ölkədə məktəb və universitetlərində niqab qadağan edildi

Digər xəbərlər

16 Noyabr 12:48 Hadisə
"Sədərək" Ticarət Mərkəzi yanır
0 0
15 Noyabr 20:16 Hadisə
Binəqədidə sərnişin avtobusu yandı
0 0
15 Noyabr 14:40 Hadisə
Məşhur iş adamına sui-qəsd olundu
0 0