Avtobuslar pulsuz xidmət göstərir

3 İyul 22:40 Hadisə
Sıxlığa görə avtobuslar pulsuz xidmət göstərib.

Bu gün axşam saatlarında Bakıda elektrik enerjisinin verilişinin dayanması ilə əlaqədar yaranmış sərnişin sıxlığına görə bütün marşrut avtobusları insanlara pulsuz xidmət göstərib.

“Kommersant” xəbər verir ki, Bakı Metropoliteninin “Elmlər Akademiyası”, “Sahil” və “İçərişəhər” stansiyalarının ətrafındakı insanların daşınmasında 18 saylı marşrut avtobusu xüsusi fəallıq göstərib və minlərlə insanı pulsuz daşıyıb.

Bundan başqa 61, 65, 85, 79, 135, 52, 96 saylı marşrut avtobusları da metro stansiyalarının ətrafındakı insanların ödənişsiz formada daşınmasında iştirak edib

  • Əvvəlki

    Bakı metrosu bu gün fəaliyyətini bərpa etməyəcək - XƏBƏRDARLIQ

Digər xəbərlər