Dünya Bankı Ukraynaya 750 mln. dollar məbləğində kredit zəmanəti verib

19.12.2018 Maliyyə
Dünya Bankı (DB) çərşənbə axşamı Ukraynaya 750 milyon dollar məbləğində kredit zəmanəti verib.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, bu barədə maliyyə müəssisəsinin məlumatında deyilir.

“DB-nin Direktorlar Şurası bu gün Ukraynanın bank sektorunda mühüm islahatlara, korrupsiyaya qarşı mübarizəyə, kənd təsərrüfatı torpaqlarının idarə edilməsinə, kommunal xidmətlərin subsidiyalaşdırılmasına, səhiyyəyə və pensiya islahatlarına dəstək olmaq üçün 750 milyon dollar məbləğində kredit təminatı ilə təmin olunmasını təsdiq edib”, – deyə məlumatda qeyd olunur.