Kiçik bizneslər necə uğur qazana bilər? - BİZNES KEYS

4 İyul 13:49 Maliyyə
Kiçik biznesmenlər rəqiblərinə qarşı mübarizə aparmaq üçün xüsusi qaydalardan istifadə edə bilərlər.

“Kommersant” xəbər verir ki, ümumiyyətlə, kiçik biznes qurmaq daha çətin və daha məsuliyyətlidir. Çünki böyük şirkətlərin daha geniş təklifləri, daha böyük büdcələri olduğundan özlərini təqdim etmək üçün imkanları da geniş olur. Lakin bazara yeni giriş edən, nisbətən az maliyyəsi olan biznesmenlər uğur qazana bilmək üçün daha diqqətlə işləməlidirlər.

Bunun üçün əvvəla biznes sahibi işinin başında olmalı, işə çox məsuliyyətlə yanaşmalıdır. Gündəlik icra olunan əməliyyatlara birbaşa nəzarət etməniz işçilərinizin daha çalışqan olmasına təsir edəcək, müştərilərinizin isə xoşuna gələcək.

Edəcəklərinizi planlaşdırın. Hədəflərinizi və onlara çatmaq üçün gedəcəyiniz yolu müəyyənləşdirməyiniz sizə avantaj verəcək.

Əməkdaşlarınızı seçərkən diqqətli olun. Birlikdə işlədiyiniz insanlar ən az sizin qədər işə həvəslə yanaşmalıdırlar ki, yüksək nəticə əldə olunsun. Üstəlik işdə uğur qazanmış insanlar sizin nüfuzunuzun da yüksəlməsinə səbəb olacaq.

Heç vaxt yeniliklərdən qorxmayın. Yeni məhsul və ya sistem tətbiq etməkdən çəkinməyin. Çünki şirkətinizi inkişaf etdirməyin ən yaxşı yolu yeniliklər tətbiq etməkdir.

Yeni texnologiyaları mütləq işinizə tətbiq edin.

Müştərilərlə əlaqələri şəxsən özünüz qurun. Onlara qarşı diqqətli olduğunuzu görmələri sizə güvənlərini daha da artıracaq.

  • Əvvəlki

    "Bakı Metropoliteni" işini bərpa etdi

Digər xəbərlər

22 Oktyabr 19:00 Maliyyə
Moskva miqrantlardan qazanır
0 0
20 Oktyabr 17:28 Maliyyə
"Mega Millions"dan - REKORD
0 0
20 Oktyabr 14:48 Maliyyə
Rusiyalılar yaxşı yaşayır - SORĞU
0 0
20 Oktyabr 13:42 Maliyyə
"Tesla"nın səhmləri bahalaşdı
0 2
19 Oktyabr 15:46 Maliyyə
1 trilyon dollar yandırılır
0 0
19 Oktyabr 14:24 Maliyyə
Yuan təslim oldu
0 0
18 Oktyabr 14:34 Maliyyə
Ticarət savaşına növbəti zərbə
0 0
18 Oktyabr 13:53 Maliyyə
"Uber"in gəlirləri azalıb
0 0