Dünyadan 45 milyard dollar belə buxarlandı

07.09.2018 Maliyyə
2153 nəfərin öldüyü təbii fəlakətlər.

“Kommersant.az” xəbər verir ki, qlobal istiləşmə səbəbilə dünya səviyyəsində təbii fəlakət sayı hər ötən gün artır. Açıqlanan hesablamalara görə, 2018-ci ilin ilk altı ayında baş verən təbii fəlakət sayı ötən 18 ilin ortalamasını geridə qoyub və bu səbəbdən dünya miqyasında baş verən zərər 45 milyard dollara çatıb.

Sözügedən fəlakətlər 2153 nəfərin həyatını itirməsinə səbəb olub. Onu da əlavə edək ki, ən ağır fəlakətlərdən hesab olunan zəlzələ nəticələrə görə 15 təbii fəlakət sırasında 1 dəfə qeydə alınıb.