Əmanətlərin Sığortalanması Fondunun aktivləri 1 mlrd. manata yaxınlaşıb

1 İyun 10:16 Sığorta
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri bu il yanvarın 1-nə 991,446 mln. manat təşkil edib.

"Kommersant.Az" ADIF-in maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,3 dəfə çoxdur.

ADIF-in aktivlərinin 789,752 mln. manatını dövlət vekselləri təşkil edib. Bu hissə fondun aktivlərində 2017-ci ildə formalaşıb.

Ötən il ADIF-in cəmi öhdəlikləri 6,9 dəfə azalaraq 85,677 mln. manata düşüb, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 2,6 dəfə artaraq 72,062 mln. manata çatıb. Bu ilin əvvəlinə fondun yığılmış sığorta ehtiyatlarında (xalis aktivlərində) 427,934 mln. manatlıq kəsir olub ki, bu da ötən ilin əvvəlinə nisbətən 15,7% azdır. Hesabat tarixinə ADIF-ə ödənilmiş kapital isə 1 333,703 mln. manat təşkil edib ki, son nəticədə fondun sığorta ehtiyatları 905,769 mln. manat olub.

ADIF mənfəət-zərər göstəricilərini açıqlamayıb.