“Verilən güzəşt milyard manatlarla ölçülür” - NAZİR MÜAVİNİ

25.12.2018 Hesabat
“1999-cu ildə bu günə qədər biz kənd təsərrüfatı məhsullarının istehsalına güzəşt edirik”.

“Kommersant.az” xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

A.Ələkbərov deyib ki, bundan sonra daha 5 il müddətinə bu güzəşt davam edəcək.

“Bu vaxta qədər aqrar sahəyə verdiyimiz güzəşt milyard manatlarla ölçülür”, – Sahib Ələkbərov vurğulayıb.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir.

report